Sabiq "Neftçi"li karyerasını bitirdi
“Neftçi”nin sabiq futbolçusu Brayan Moreno karyerasını başa vurub.
Sportlife.az xəbər verir ki, kolumbiyalı forvard "Neftçi"də oynadığı dövrdə 2024/2025 mövsümündə "Səbail"lə görüşdə qol sevinci zamanı xəsarət almışdı.
Sonradan əməliyyat edilən forvard heç cürə bərpa oluna bilməmişdi. 2024-cü ilin oktyabrında isə Moreno ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi.
O, “Neftçi”nin heyətində 18 matçda 4 qol vurmuşdu. Moreno zədəsini sağalda bilmədiyi üçün karyerasını yekunlaşdırıb.
26 yaşlı hücumçu "Neftçi"yə 2024-cü ildə MOİK-dən (Sofiya) keçmişdi.