"Çelsi"də əfsanə olmaq istəyir
"Çelsi"nin dayaq yarımmüdafiəçisi Moyses Kaysedo "Real"ın maraq dairəsinə düşməsinə münasibət bildirib.
Sportlife.az xəbər verir ki, futbolçu bütün diqqətini hazırkı klubuna yönəltdiyini söyləyib:
"Çelsi" ilə müqaviləm var və Allahın izni ilə burada əfsanə olmaq istəyirəm. Burada qalıb karyeramı ən yaxşı şəkildə başa vurmaq niyyətindəyəm".
Ekvadorlu futbolçunun "Çelsi" ilə 2031-ci ilə qədər müqaviləsi var.