"Çelsi"dən baş məşqçi qərarı

  • Bu gün, 14:51

"Çelsi" baş məşqçi Liam Rosenyoru istefaya göndərməyi düşünmür.

Sportlife.az xəbər verir ki, ingilis mütəxəssis Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə, vəzifəsində qalacaq.

Rosenyor 2026-cı il yanvarın 8-dən "mavilər"i çalışdırır. Onun rəhbərliyi altında komanda 19 oyun keçirib, 10 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub. "Çelsi" 29 oyundan sonra Premyer Liqada 51 xalla turnir cədvəlində altıncı yerdədir.


Paylaş: