Millimiz xalla başladı

  • Bu gün, 19:08

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan yığma Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə bitib.

Millimizin qolunu 39-cu dəqiqədə "Qarabağ"ın futbolçusu Əli Bəşirov penaltidən vurub.


Paylaş: