"Tottenhem"in sükanı arxasına 2 namizəd
"Tottenhem"in yeni baş məşqçisi vəzifəsinə əsas namizədlər müəyyənləşib.
Sportlife.az xəbər verir ki, klub hazırkı baş məşqçi İqor Tudorla mövsümün sonunda başa çatacaq müqavilənin müddətini uzatmaq istəmir.
Bu posta 2 real namizəd var. Bunlardan biri Roberto De Zerbi, digəri isə "Tottenhem"in sabiq çalışdırıcısı Maurisio Poçettinodur. Onun rəhbərliyi altında londonlular 2018/19 mövsümündə Çempionlar Liqasının finalına çıxıblar.
31 oyundan sonra "Tottenhem" Premyer Liqanın turnir cədvəlində 30 xalla 17-ci yerdədir. Onlar hazırda düşmə zonasında olan "Vest Hem"dən 1 xal öndədirlər.