"Qarabağ" belaruslu qapıçı ilə danışıqlara başladı
“İmişli”nin qapıçısı Andrey Sinenkanın “Qarabağ”ın maraq dairəsində olması xəbəri təsdiqlənib.
Spprtlife.az xəbər verir ki, bu barədə belaruslu qolkiperin meneceri Dmitri Xlebosolov məlumat verib.
O, Belarus mətbuatına açıqlamasında Ağdam klubu ilə danışıq aparıldığını gizlətməyib: “Andrey hazırda statistikaya görə Azərbaycanda ən yaxşı qapıçılardan biridir. Mən onun “Qarabağ”a keçidi ilə bağlı danışıqlar aparmaq üçün tanınmış bir agentə səlahiyyət vermişəm. Mövsüm başa çatdıqdan sonra Andreyin daha yüksək səviyyəli kluba keçməsi üçün bütün variantları nəzərdən keçirəcəyik”.
Qeyd edək ki, 2024-cü ildən “İmişli”nin formasını geyinən Andrey Sinenkanın Premyer Liqanın debütantı ilə müqaviləsi mövsümün sonuna qədərdir.