Depay texniki zonada telefondan niyə istifadə edib?
"Korintians" və Niderland millisinin hücumçusu Memfis Depay Braziliya Superliqasında "Flamenqo"ya qarşı matçda (1:1) ehtiyat oyunçular skamyasında mobil telefonundan istifadə edib.
Sportlife.az xəbər verir ki, oyunçu 22-ci dəqiqədə bud nahiyəsindəki ağrı səbəbindən əvəzlənib. 2-ci hissənin sonlarında Depayın smartfonundan istifadə etdiyi görülüb və buna görə komandasının məşqçilər heyətindən xəbərdarlıq alıb.
Matçdan sonra futbolçu zədəsi ilə bağlı milli komandanın həkimləri ilə əlaqə saxlamaq üçün telefondan istifadə etdiyini bildirib.