İstedadlı futbolçu vəfat etdi

  • Bu gün, 13:02

Kolumbiyanın "Millonarios" klubunun yarımmüdafiəçisi Santyaqo Kastrilyon 18 yaşında vəfat edib.

Sportlife.az xəbər verir ki, gənc futbolçu martın 22-də gənclər liqasının matçı zamanı huşunu itirərək ölüb.

Kastrilyonun oyun zamanı vəziyyəti ağırlaşıb, qısa zamanda xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Santyaqo "Millonarios" akademiyasının ən parlaq istedadlarından biri hesab olunurdu, əla driblinqi və qol vurmaq bacarığı ilə seçilirdi.


Paylaş: