"Sevilya" ayrılığa hazırlaşır
"Sevilya" baş məşqçisi Matias Almeydanı istefaya göndərməyi planlaşdırır.
Sportlife.az xəbər verir ki, klub artıq 52 yaşlı argentinalı mütəxəssislə bağlı qərarını qətiləşdirib.
Almeyda 2025-ci ilin yayından "Sevilya"ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 32 oyun keçirib, 10 qələbə, 7 heç-heçə və 15 məğlubiyyət alıb.
29 oyundan sonra "Sevilya" La Liqada 31 xalla 15-ci yerdədir. Komanda son iki oyunda uduzub.