Enrike Premyer Liqa klubunu çalışdıra bilər
“Mançester Yunayted”də yayda növbəti məşqçi dəyişikliyi baş verə bilər. Komandanın mövsümün sonuna qədər müvəqqəti baş məşqçisi olan Maykl Karrikin gələcəyi qeyri-müəyyən olaraq qalır. Bu, onun komandanın “sükanı arxasında” göstərdiyi uğurlu nəticələrə baxmayaraq dəyişmir.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın Luis Enrike (PSJ-nin baş məşqçisi) ilə maraqlanması realdır. Klub rəhbərliyi mövsüm başa çatdıqdan sonra tanınmış ispaniyalı mütəxəssisi baş məşqçi postuna gətirmək üçün ciddi mübarizə aparmağa hazırlaşır.
Hazırda PSJ-ni çalışdıran Enrikenin adı “Mançester Yunayted” daxilində gələcək planlar müzakirə olunarkən getdikcə daha çox hallanır. Bununla belə, onun Paris klubunu tərk etməsinə nə səbəb ola biləcəyi hələ də qeyri-müəyyəndir.
55 yaşlı mütəxəssis özü də İngiltərə Premyer Liqasında işləməyə maraq göstərir.