Lebron Ceymsdən növbəti uğur
"Los-Anceles Leykers"in basketbolçusu Lebron Ceyms yeni rekorda imza atıb.
Sportlife.az xəbər verir ki, o, NBA-da ən çox oyun keçirən basketbolçu olub.
Son turun "Orlando" ilə görüşü 41 yaşlı hücumçunun NBA karyerasında 1612-ci oyun kimi tarixə düşüb. Amerikalı basketbolçu həmyerlisi Robert Perişi geridə qoyub. Üçüncü yerdə Kərim Əbdül-Cabbar (1560) qərarlaşıb.
Qeyd edək ki, Lebron Ceyms NBA karyerası ərzində "Klivlend Kavalyers" (2003–2010, 2014–2018) və "Mayami Hit" (2010–2014) kimi komandalarda da çıxış edib. O, 2018-ci ildən indiyə qədər "Los-Anceles Leykers"in şərəfini qoruyur.