Koxalski məşhur klubun hədəfində
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski karyerasını ölkəsində davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "Lex" klubu 25 yaşlı qolkiperlə yaxından maraqlanır.
Ekstraklasa təmsilçisinin yayda polşalı oyunçu üçün "Qarabağ"a rəsmi təklif göndərəcəyi gözlənilir. Poznan klubu bu keçid üçün böyük məbləğdə təzminat ödəməyə də hazırdır.
"Lex" liqanı ilk pillədə bitirəcəyi təqdirdə UEFA Çempionlar Liqasında uğurlu çıxış etmək niyyətindədir və bunun üçün yaxşı heyət formalaşdırmaq istəyir. Komandanın qapıçısı Bartoş Mrojek də Koxalski kimi Polşa yığmasına dəvət alıb. Lakin bu oyunçunu da istəyən klublar çoxdur.
Qeyd edək ki, Mateuş Koxalskinin "Qarabağ"la 2027-ci ilin yayınadək müqaviləsi var.