Neymar DÇ-2026-dan kənarda qalacaq?
"Santos"un hücumçusu Neymar dünya çempionatını buraxa bilər.
Sportlife.az xəbər verir ki, onun Braziliya millisinin DÇ-2026 üçün heyətinə daxil edilməyəcəyi gözlənilir.
Federasiya hücumçunun uzun müddət yığmanın məşqlərində iştirak etməməsi və fiziki vəziyyətlə bağlı problemlər səbəbindən lazımi formanı bərpa edə biləcəyindən əmin deyil. Bundan əlavə, oyunçu ilə federasiya rəhbərliyi arasında gərginlik olduğu bildirilir.