Qrimaldo yenidən "Barselona"da?
“Barselona” Alexandro Qrimaldonu yenidən heyətinə qata bilər.
Sportlife.az xəbər verir ki, Kataloniya klubu müdafiənin sol cinahını gücləndirmək istəyir.
Həmin mövqeyə əsas namizədlərdən biri məhz Qrimaldodur. Bunun üçün “Bayer”ə 20 milyon avro təzminat ödənilməlidir. Lakin futbolçunun yayda daha aşağı qiymətə transfer olunması da mümkündür.
Alexandro Qrimaldo karyerasının əvvəlində "Barselona"nın əvəzedicilərində çıxış edib, lakin əsas komandada debüt etməyib. Onun "Bayer"lə 2027-ci ilin ortalarına qədər müqaviəsi var.