Türkiyə klubunun daha 6 xalı silindi
Türkiyənin "Adana Dəmirspor" komandasının daha 6 xalı silinib.
Sportlife.az xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyası yayıb.
FIFA İntizam Komitəsi bu barədə qərar qəbul edib.
Qeyd edək ki, I Liqada çıxış edən "Adana Dəmirspor"un bu mövsüm ümumilikdə 60 xalı silinib. Komanda hazırda -57 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb. Klubun sabiq futbolçusu, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə də borcu var.