Zidanın yeni iş yeri açıqlandı

  • Bu gün, 16:17

Dünya çempionu və "Qızıl top" mükafatçısı Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi olacaq.

Sportlife.az xəbər verir ki, Didye Deşamın DÇ-2026-dan sonra yığmadan gedəcəyi məlumdur.

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo "Le Fiqaro"ya verdiyi müsahibədə Deşamın xələfinin adını artıq bildiyini, lakin yeni baş məşqçinin rəsmi təyinatının iyulda açıqlanacağını bildirib.

"Le Parisien"in məlumatına görə, Zidan bir neçə həftə əvvəl FFF ilə şifahi razılığa gəlib.

53 yaşlı fransızın son iş yeri 2021-ci ildə ayrıldığı "Real" olub.


Paylaş: