Messi Peleni geridə qoydu

  • Bu gün, 14:08

"İnter Mayami" və Argentina millisinin hücumçusu Lionel Messi karyerasında cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib.

Sportlife.az xəbər verir ki, argentinalı futbolçu MLS-də "Nyu-York Siti" ilə matçda standart vəziyyətdən fərqlənib. Cərimə zərbəsindən 71-ci qolunu vuran Messi əfsanəvi Peleni (70) qabaqlayıb.

Braziliya millisinin keçmiş oyunçusu Juninyo Pernambukano 77 cərimə zərbəsi qolu ilə rekordçu olaraq qalır.


Paylaş: