Dadaşov zədələndi

  • Bu gün, 12:42

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov zədələnib.

Sportlife.az xəbər verir ki, Berlin “Dinamo”sunun formasını geyinən hücumçu Almaniya Regionalliqanın XXVII turunda "Altqlieniçke" ilə ev matçında sıradan çıxıb.

Start heyətində meydana çıxan kapitan qarşılaşmanın startındaca xəsarət alıb. Bu üzdən məşqçilər korpusu ilk dəqiqələrdə məcburi dəyişikliyə əl ataraq, Dadaşovu əvəzləyib. 34 yaşlı forvardın durumu tibbi müayinənin nəticəsindən sonra müəyyənləşəcək.

“Dinamo” – “Altqlieniçke” görüşü 1:1 hesabı ilə başa çatıb. “Dinamo” hazırda 27 xalla çempionatda 13-cü pillədə qərarlaşır.


Paylaş: