Baş məşqçi istefaya göndərildi
Meksikanın "Atletiko San-Luis" klubu baş məşqçisi Gilyermo Abaskalı istefaya göndərib.
Sportlife.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
36 yaşlı ispaniyalı mütəxəssis 2025-ci ilin yayından bu vəzifəni tuturdu. Onun rəhbərliyi altında komanda keçirdiyi 32 matçda 10 qələbə qazanıb, 19 məğlubiyyət alıb və 3 dəfə heç-heçə edib.
Qeyd edək ki, Abaskal daha əvvəl "Sevilya", "Qranada" (hər ikisi İspaniya), "Bazel" (İsveçrə), "Spartak" (Moskva, Rusiya) klublarında da çalışıb.