"Hazırda ən vacibi Azərbaycanla oyundur"
21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin üzvü Jou Simoeş Avropa çempionatının seçmə mərhələsndə Azərbaycan və Şotlandiya yığmaları ilə keçiriləcək oyunlar barədə danışıb.
Sportlife.az record.pt saytına istinadən xəbər verir ki, "Sportinq"in hücumameyilli yarımmüdafiəçisi hazırda ən vacib matçın Azərbaycanla qarşıdan gələn görüş olduğunu bildirib:
"Bütün milli komanda matçları kimi, bunlar da 2 çox çətin oyun olacaq. Biz də rəqiblərin ən yaxşı oyunçularına qarşı oynayırıq. Ən yaxşı oyunumuzu göstərmək və 2 qələbə qazanmaq üçün çox çalışırıq, rəqiblərimizi öyrənirik. Amma hazırda biz əsasən Azərbaycana qarşı oyun haqqında düşünürük. Bu, ən vacib oyundur və ümid edirik ki, 3 xal qazanacağıq".
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı martın 27-də "Palms Sports Arena"da keçiriləcək va saat 15:00-da başlayacaq. Martın 31-də Azərbaycan millisi Bolqarıstanın qonağı olacaq, Portuqaliya isə Şotlandiyanı qəbul edəcək.