İki klub 100 milyonluq hücumçu ilə maraqlanır

  • Bu gün, 13:47

"Mançester Yunayted" və "Çelsi" "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocerslə maraqlanır.

Sportlife.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri Birmingem klubunun tələb etdiyi 100 milyon funt sterlinq təzminat məbləğini ödəməyə hazırdırlar.

"Mançester Yunayted" növbəti mövsümdən əvvəl hücum xəttini gücləndirmək istəyir, "Çelsi" isə heyətini gəncləşdirməyi hədəfləyir.

Rocers bu mövsüm 44 oyunda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2031-ci ilin yayına qədərdir.


Paylaş: