Ronaldunun oğlu "Real"da

  • Bu gün, 15:53

Kriştianu Ronaldunun böyük oğlu Kriştianu Junior "Real"ın akademiyasında məşq edir.

Sportlife.az xəbər verir ki, 15 yaşlı futbolçu İspaniya klubunun U-16 komandasına keçə bilər.

O, hazırda atasının çıxış etdiyi "Əl-Nəsr"in gənclər komandasının üzvüdür.

Ronaldu "Real"da 9 il ərzində 438 oyun keçirib və 450 qol vurub.

Kriştianu Junior ötən ilin may ayından Portuqaliyanin gənclər yığmasına çağırılır.


Paylaş: