Gürcüstan yığmasında yeni kapitan
PSJ-nin cinah hücumçusu Xviça Kvaratsxeliya Gürcüstan milli komandasının yeni kapitanı təyin edilib.
Sportlife.az xəbər verir ki, vingerə kapitanlıq sarğısı Quram Kaşiyanın karyerasını bitirməsindən sonra verilib.
Avstriya təmsilçisi "Şturm"un futbolçusu Otar Kiteişvili və "Krakoviya"nın oyunçusu Otar Kakabadze isə vitse-kapitan təyin olunublar.
Gürcülər martda İsrail (26 mart) və Litva ilə (29 mart) yoldaşlıq oyunları keçirəcək.