Bastoni La Liqa yolunda
"Barselona" yay transfer pəncərəsi üçün "İnter"in müdafiəçisi Alessandro Bastonini prioritet hədəf kimi nəzərdən keçirir.
Sportlife.az xəbər verir ki, mümkün transfer klublar arasında danışıqlardan asılı olacaq, lakin son qiymət hələ təsdiqlənməyib. Futbolçunun özü Kataloniya klubunun marağından xəbərdardır.
26 yaşlı italyan futbolçu bu mövsüm 35 oyunda iştirak edib, iki qol vurub və altı məhsuldar ötürmə edib. Onun "İnter"lə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.