19 yaşlı futbolçu üçün 30 milyon
"Real", "Liverpul" və "Borussia" (Dortmund) "Çelsi"nin sağ cinah müdafiəçisi Coş Açeamponqla maraqlanır.
Sportlife.az xəbər verir ki, 19 yaşlı futbolçu üçün potensial təkliflər 25-30 milyon avro arasında dəyişə bilər. London klubu oyunçunu satmaqla əhəmiyyətli maliyyə çevikliyi qazanmaq niyyətindədir.
Açeamponq bu mövsüm 24 oyunda iştirak edib və 2 qol vurub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.