"Tottenhem" təhlükədə, MY pusquda
"Mançester Yunayted" "Tottenhem" müdafiəçisi Arçi Qreylə maraqlanır.
Sportlife.az xəbər verir ki, London klubu İngiltərə Premyer Liqasından düşərsə, "qırmızı şeytanlar" 20 yaşlı futbolçunu transfer etməyə çalışacaq.
İddiaya görə, gənc oyunçu "Borussiya" (Dortmund), "Çelsi" və "Aston Villa"nın diqqət mərkəzindədir. Mümkün transfer haqqı 50 milyon funt sterlinq təşkil edir.
Qrey bu mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.
Hazırda "Tottenhem" 30 xalla turnir cədvəlində 17-ci yerdədir. Komandanı autsayderlər qrupundan cəmi 1 xal ayırır.