İkiqat NBA çempionu üçün mövsüm bitdi
"Memfis Qrizlis" komandasının hücumçusu Ca Morant sol dirsəyindəki bağın qopması səbəbindən mövsümünün qalan hissəsini buraxacaq.
Sportlife.az xəbər verir ki, ikiqat NBA çempionu yanvarın 21-də keçirilən oyunda zədələnib.
Morant bu mövsüm cəmi 20 oyunda iştirak edib.
Onun 2026-27 mövsümünün startınadək hazır olacağı gözlənilir.