"Neymarsız dünya çempionatı təsəvvür edə bilmirəm"
"Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe Neymarın Braziliya yığmasından kənarda qalmasını şərh edib.
Sportlife.az xəbər verir ki, forvard PSJ-dən keçmiş komanda yoldaşı olan "sambaçı" barədə bunları deyib:
"Neymar Neymardır. Dünya çempionatı ulduzlar üçün bir turnirdir və əminəm ki, Neymar orada olacaq.
Mundialı onsuz təsəvvür edə bilmirəm, amma Ançelottiyə qarşı çıxmayacağam. İnanıram ki, Neymar o vaxtədək hazır olacaq".
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyul 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.