Rodri "Real"dan təklif gözləyir
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Real"a keçməyə hazır olduğunu bildirib.
Sportlife.az xəbər verir ki, ispaniyalı futbolçu "kral klubu"ndan təklif gözləyir:
"Mançester Siti" ilə müqaviləmin bitməsinə bir il qalıb. Nə vaxtsa oturub danışmalı olacağıq. Əvvəllər "Atletiko"da oynasam da, "Real" mənim üçün bağlı qapı deyil - ən yaxşı klublara arxa çevirə bilmərəm".
Rodrinin "şəhərlilər"lə müqaviləsi gələn yay başa çatacaq.