Kvaratsxeliya klubunu dəyişə bilər

  • Bu gün, 10:23

PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya "Arsenal"a keçə bilər.

Sportlife.az xəbər verir ki, "topçular" yay transfer pəncərəsində gürcü oyunçunu heyətə cəlb etməyi düşünür.

Xviçanın bu keçidə qarşı olmadığı iddia olunur. Lakin PSJ vingerlə yollarını ayımaq niyyətində deyil və onu saxlamaq üçün hər şeyi edəcək.

Kvaratsxeliya bu mövsüm Liqa 1-də 22 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: