Mbappe "döyüş"ə hazırdır

  • Bu gün, 10:45

Braziliya ilə yoldaşlıq oyunundan əvvəl keçirilən mətbuat konfransında Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin start heyətində oynamağa hazır olduğunu bildirib.

Sportlife.az xəbər verir ki, mütəxəssis ulduz futbolçunun dizindəki zədəsini tam sağaltdığını bildirib:

"O, start heyətində oynaya bilər, amma bütün matçı meydanda keçirə bilməz. Həmçinin 24 oyunçunun hər biri kimi əvəzetmədən də meydana çıxa bilər. Oyunçular üçün hər hansı bir sağlamlıq riskindən qaçmağa çalışırıq. Mövsümün son hissəsində onları klublarında vacib oyunlar gözləyir".

Mbappe özü də start heyətində oynamağa hazır olduğunu bildirib: "Buna baş məşqçi qərar verəcək."

Qeyd edək ki, Braziliya - Fransa matçı bu gün keçiriləcək. 


Paylaş: