AFFA-dan Elxan Məmmədova cəza

  • 26 Mart 2026, 16:17

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportlife.az xəbər verir ki, iclasdaII liqanın XIX turu ilə bağlı müvafiq qərarlar qəbul edilib.

“Araz Saatlı” – “Quba” oyunu ev sahibi komandanın formasında problem olması səbəbindən gec başladığına görə klub 150 manat cərimə edilib. 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” 70 manat cərimə edilib. Matçın 85-ci dəqiqəsində “Quba”nın futbolçusu Vidadi Cəfərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

“Şirvan” – “Şəki Siti” oyununda ev sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 300 manat cərimə edilib. 4 futbolçusu sarı vərəqə alan "Şəki Siti” 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan”la matçda 5 futbolçusu sarı vərəqə alan "Kür-Araz” 70 manat cərimələnib. “Kür-Araz” komandasının futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubunu 1000 manat ziyana salıb.

“Ağdaş” – “Şəmkir” oyununun 73-cü dəqiqəsində qonaq komandanın futbolçusu İbrahim Camalov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şəmkir” 50 manat cərimə edilib.


Paylaş: