Luçeskudan mütləq rekord
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku yeni rekorda imza atıb.
Sportlife.az xəbər verir ki, rumıniyalı mütəxəssis tarixin ən yaşlı milli məşqçisi olub. Rumıniya DÇ-2026-nın seçmə mərhələsinin Avropa zonası üzrə pley-off yarımfinalında Türkiyəyə qarşı matçda meydana çıxarkən Luçesku 80 yaş 7 aylığında olub.
Bu, Kuk Adaları millisinin keçmiş məşqçisi Alan Teylorun (80 yaş 6 ay) rekordunu üstələyir.