Rəşad Eyyubovun darmadağın şərhi

  • Bu gün, 19:04

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2027-nin seçmə mərhələ oyununda Bakıda Portuqaliyaya 0:4 hesabı ilə məğlub olub.

Sportlife.az xəbər verir ki, yığmamızın baş məşqçisi Rəşad Eyyubov matçdan sonra təşkil olunan brifinqdə sualları cavablandırıb.

- İlk hissədə oyuna köklənmə yüksək səviyyədə idi. 2-ci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı. Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. İlk hissəyə görə oyunçulara təşəkkür edirəm. 2-ci yarıda isə yaxşı oynamadıq

- Sizcə, millimiz Portuqaliya ilə səfərdəki oyunda yaxşı oynamışdı, yoxsa evdə?

- Uduzmuşuqsa, deməli pis oynamışıq.

- İlk oyunda rəqib 5 qol vurmuşdu, bu gün isə 4 dəfə fərqləndilər. Bu, inkişafdır?

- Neqativ inkişaf olmur.

- 1-ci hissədə hesab açılmadı. 2-ci yarıda isə rəqib qollar vurmağa başladı. Bunu nə ilə əlaqələndirirsiniz?

- İlk növbədə intensivliklə bağlıdır. Bu tempə uyğunlaşmaq bir az çətindir. Ona görə də gücümüz 1-ci hissə üçün yetərli oldu. Rəqib intensivlik baxımından bizdən üstün idi.

- Komandadan daha artığını gözləyirdiniz?

- Oyunçuları fiziki baxımdan optimal vəziyyətə gətirməyə çalışdıq. Amma yetərli olmadı.

- Hava şəraiti oyuna təsir etdi?

- Şərtlər 2 komanda üçün də eyni idi.

- Hücum baxımından komandadan razı qaldınız?

- Qol buraxmırsansa, oyun 0:0 hesabı ilə başa çatır və 1 xal qazanırsan.


Paylaş: