Güləşçimizdə dopinq aşkarlandı

  • Bu gün, 14:26

Azərbaycan güləşçisi Sabir Cəfərov 48 aylıq diskvalifikasiya olunub.

Sportlife.az xəbər verir ki, idmançı 2 maddəyə əsasən cəza ilə üzləşib.

Güləşçinin nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.


Paylaş: