Kapitan: "Bu seriyanı bitirməyə çalışacağıq"

  • Bu gün, 19:13

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov sabah Sent Lüsiya ilə keçirəcəyi yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, kapitan matçla bağlı bunları deyib:

– Bu ildəki ilk oyunumuzdur. Çox xoşdur ki, millidəyik. Çalışacağıq ki, yaxşı oyun göstərək. Qələbə bizim üçün vacibdir.

– Belə rəqiblərə qarşı oynamaq çətindir?
– Milli səviyyədə asan rəqib olmur. Başa düşməliyik ki, biz də bir ildir, qələbə qazanmırıq. Çalışacağıq ki, nə olur-olsun, bu seriyanı bitirək.


Paylaş: