Kulusevski ilə bağlı sevindirici xəbər
"Tottenhem"in yarımmüdafiəçisi Deyan Kulusevski diz zədəsini sağaldıb.
Sportlife.az xəbər verir ki, futbolçu dəstəyə görə insanlara təşəkkürünü bildirib:
"Sadəcə dəqiqləşdirmək istəyirəm. 2 həftə əvvəl dizimdə kiçik bir əməliyyat keçirdiyim üçün axsayıram. Amma dizim indi yaxşıdır".
Kulusevski 2025-ci ilin may ayında "Kristal Pelas"ın müdafiəçisi Mark Qehi ilə toqquşma zamanı zədələnib. Futbolçu bu səbəbdən cari mövsümdə meydana çıxmayıb.