İki komandaya texniki məğlubiyyət

  • Bu gün, 16:56

Futzal üzrə Yüksək Liqada çıxış edən “Lənkəran” komandası texniki məğlubiyyət alıb.

Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi 15-ci turda U-19 kollektivi ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu halla üzləşib. Bu səbəbdən “Lənkəran”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. “Atletiko Baku” PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.


Paylaş: