Yamayka pley-offun finalında
Yamayka DÇ-2026-ya vəsiqə uğrunda qitələrarası pley-off mərhələsinin yarımfinal matçında Yeni Kaledoniyanı məğlub edib.
Sportlife.az xəbər verir ki, Meksikada keçirilən matç 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 18-ci dəqiqədə Beyli Kadamarteri vurub.
Yamayka son qitələrarası pley-off matçını aprelin 1-nə keçən gecə Konqo Demokratik Respublikasına qarşı keçirəcək.
Matçın qalibi miundiala vəsiqə qazanacaq, Portuqaliya, Özbəkistan və Kolumbiya ilə birlikdə K qrupunda yer alacaq.
Yamayka sonuncu dəfə DÇ-1998-də iştirak edib.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.