"İlk dəqiqədən qol axtarışında olacağıq"

  • Bu gün, 13:11

21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Luis Freyre Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə keçiriləcək oyunu dəyərləndirib.

Sportlife.az xəbər verir ki, 40 yaşlı mütəxəssis qələbə arzuladıqlarını bildirib.

Freyre uğurlu çıxışı Bakıda davam etdirmək istədiklərini söyləyib: “İkinci raunda az vaxt qalıb. Birinci seçmə mərhələdə 13 xal toplamışıq və liderik. Məqsəd bu mərhələdəkindən daha yaxşı və ya eyni nəticəni göstərməkdir. Yaxşı oynamaq və qələbəyə layiq olmaq istəyirik. Oyun üçün təyin etdiyimiz temp 3 xalı qazanmaq üçün əsasdır. Ən vacibi oyunçuların əllərindən gələni etmələri olacaq. Əgər belə etsələr, qələbəyə daha yaxın olarıq və üzərində çalışdığımız işi yerinə yetirərik. Azərbaycanla matçda da ilk dəqiqədən qol axtarışında olacağıq. Həmçinin müdafiə öhdəliyini qoruyub saxlayacaq, meydanda tarazlığı qorumaq üçün topu itirən kimi düzgün reaksiya verəcəyik”.

Qeyd edək ki, bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 15:00-da başlayacaq.


Paylaş: