Millimiz Sent Lüsiyaya qarşı

  • Bu gün, 10:02

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində ilk oyununa bu gün çıxacaq.

Sportlife.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

Görüşün baş hakimi gürcüstanlı Giorgi Kruaşvili olacaq.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni erenada Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.


Paylaş: