Roy Hocson məşqçiliyə qayıdır
Roy Hocson məşqçiliyə qayıdır.
Sportlife.az xəbər verir ki, 78 yaşlı mütəxəssis "Bristol Siti"nin sükanı arxasında Gerhard Struberi əvəz edəcək və cari mövsümün sonuna qədər komandada çalışacaq. Bu, əfsanəvi məşqçinin 2024-cü ilin fevral ayında "Kristal Pelas"dan ayrıldıqdan sonra ilk işidir.
Hocsonun məşqçilik karyerası 1976-cı ildə İsveçin "Halmstad" komandasında başlayıb. O, "İnter", "Liverpul", eləcə də İngiltərə və İsveçrə milli komandalarını da çalışdırıb.
"Bristol Siti" hazırda Çempionşipdə 16-cı yerdədir.