Millimiz Bakıda darmadağın oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportlife.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya komandasını qəbul edib
"Palms Sports Arena"dakı qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla 5-ci pillədə qərarlaşıb. Portuqaliya isə 16 xalla liderdir.