"Qarabağ"dan Türkiyə kubuna
“Konyagücü” azərbaycanlı futbolçu Denis Ədilovun transferini açıqlayıb.
Sportlife.az xəbər verir ki, bu barədə Türkiyənin aşağı liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yarımmüdafiəçi burada 11 nömrəli forma geyinəcək.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi ötən ilin yayında “Qarabağ”ın sıralarına qoşulub.