"Napoli"də Lukaku qalmaqalı
"Napoli"nin hücumçusu Romelu Lukaku əsas heyətdən kənarlaşdırıla bilər.
Sportlife.az xəbər verir ki, klub portuqaliyalı futbolçuya ultimatum verib.
Əgər Lukaku gələn çərşənbə axşamına qədər məşqə çıxmasa, heyətdən çıxarılacaq. Lakin oyunçunun özü buna əməl etməkdən imtina edir və ən azı bir həftə Belçikada qalmağı planlaşdırır. O, zədəsini ölkəsində sağaltmağı düşünür.
Klubdan bildirilib ki, "Napoli" bu cür vicdansız davranışa dözməyəcək. Klubun oyunçunu cərimə edəcəyinə zəmanət verilir və əgər təyin olunmuş müddətə qədər gəlməsə, əsas heyətdən qəti şəkildə kənarlaşdırılacaq.