Alan Şirer qəza keçirdi
"Nyukasl" və İngiltərə millisinin sabiq futbolçusu Alan Şirer velosiped qəzası keçirib.
Sportlife.az xəbər verir ki, veteran hücumçu aldığı xəsarətləri sosial media hesabında paylaşıb.
Şəkillərdə Şirerin qollarında və ayaqlarında ciddi kəsiklər və sıyrıntılar olduğu görünür.
Keçmiş futbolçu hadisə ilə bağlı ətraflı məlumat verməyib.

