Millimiz rekordunu yenilədi

  • Dünən, 21:12

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirilən oyunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Sportlife.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə rəqibini 6:1 hesabı ilə məğlub edərək 1999 və 2017-ci illərdəki rekordunu yeniləyib.
Millimiz buna qədər ən böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn (4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərində əldə etmişdi.
Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda 5-dən çox qol vurub.

Paylaş: