Fodendən "Mançester Siti"yə açıq mesaj
Yarımmüdafiəçi Fil Foden bu yay "Mançester Siti"dən ayrılmaq istədiyini bildirib.
Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu oyun müddətindən narazıdır.
İddiaya görə, daha çox şans qazanmasa, komandanı tərk edəcək. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilə qədərdir.
Bu mövsüm Foden 41 oyunda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.