“Araz-Naxçıvan”ın qapıçısına yığmada şans verilmədi
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın dəvət aldığı Moldova millisi yoldaşlıq oyunu keçirib.
Sportlife.az xəbər verir ki, sözügedən komanda Millətlər Liqasında Azərbaycanın rəqibi olan Litva ilə evdə qarşılaşıb.
Görüş ev sahibi komandanın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Avram heyətə yer alsa da, meydana buraxılmayıb.