Messili Argentinadan çətin qələbə

  • Bu gün, 13:15

Argentina və Mavritaniya arasında yoldaşlıq oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, matç Lionel Skaloninin komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb.

"Tanqoçular"ın qollarını Enzo Fernandes və Nikolas Paz vurublar. Mavritaniyadan isə Jordan Lefort fərqlənib.

Argentina millisinin kapitanı Lionel Messi meydana ikinci hissədə daxil olub.


Paylaş: